Cümə, 17 May

İran geri addım atdı: "Azərbaycan və Türkiyə ilə əməkdaşlığa hazırıq"

image

“Azərbaycan, İran, Türkiyə arasında üçtərəfli görüşü ilə Tehranın bu qonşuları ilə üçtərəfli əməkdaşlığının genişləndirilməsi üçün əsaslar araşdırılıb”.

Xəbər verilir ki, bunu İran xarici işlər nazirinin müavini Məhəmməd Kazem Səccadpur bildirib. Bakıda keçirilən təhsil mərkəzlərinin toplantısına qatılmış nazir müavini əlavə edib:

"Hər üç ölkənin yaxşı ikitərəfli əlaqələri var və biz hazırda üçtərəfli əlaqələrin və əməkdaşlığın səviyyəsini yüksəltməyə çalışırıq. Bölgədə bunun üçün çox böyük potensialın olduğunu düşünürük. Məqsədimiz etibarlı ünsiyyət və əməkdaşlıq körpüsü qurmaqdır". 

Səccadpur qeyd edib:

“Üçtərəfli danışıqların əsas istiqaməti ticarət, nəqliyyat, enerji və s. sahələrdə əməkdaşlıq potensialını araşdırmaqdır. 44 günlük müharibədə Azərbaycan Respublikasının zəfərindən sonra Türkiyə Prezidenti bildirib ki, bölgədəki 6 ölkə bir araya gəlməlidir, “altılıq” birgə əməkdaşlıq sayəsində bir çox problem həll edəcək. Biz, üçtərəfli əməkdaşlıq yolu ilə bölgədə “3+3” işbirliyini yarada bilərik”.

Xatırladaq ki, İran xarici işlər naziri Səccadpurun 3 günlük səfəri çərçivəsində Azərbaycan Respublikasının bəzi rəsmiləri ilə görüşləri və ikitərəfli danışıqlar aparması da nəzərdə tutulub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41